Türkiyənin "Fənərbaxça" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, "sarı-lacivərtlilər" "Mançester Yunayted"in yarımmüdafiəçisi Fredi transfer edib. Bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.
"Fənərbaxça" braziliyalı yarımmüdafiəçi üçün İstanbul klubuna 9,7 milyon avro təzminat ödəyəcək. 30 yaşlı orta xətt oyunçusu yeni klubu ilə 4+1 illik müqavilə imzalayıb.
saytlarin hazirlanmasi