Ölümlə nəticələnən kütləvi davaya görə 105 azarkeş həbs olundu

16:43 - 14 Avqust 2023

Afinada yerli AEK və "Dinamo" (Zaqreb) azarkeşləri arasında baş verən ölümlə nəticələnən iğtişaşlar barədə cinayət işi açılıb.

Sportal.az xəbər verir ki, "qəsdən adam öldürmə" və "kriminal qruplaş üzvü olmaq" maddələri ilə başlanılan cinayət işi ilə bağlı məhkəmə prosesi keçirilib.

Hadisə zamanı saxlanılan 105 azarkeş haqda həbs qərarı verilib. Onlardan 102 nəfəri xorvat, 3-ü isə yunandır. Saxlanılanların hər biri onlar haqda irəli sürülən ittihamları rədd edib.

Yunanıstan hüquq-mühafizə orqanları kamera görüntüləri və telefon siqnallarını izləyərək hadisə zamanı "AEK Stadionu" yaxınlığında olan digər şəxslərin də axtarışını davam etdirir.

Qeyd edək ki, Çempionlar Liqası III təsnifat mərhələsinin AEK - "Dinamo" matçından öncə baş verən kütləvi davam zamanı yunan azarkeş Kaçuris bıçaqlanaraq qətlə yetirilib. Buna görə də UEFA komandalar arasında baş tutmalı olan oyunu ləğv etmişdi.

"Dinamo" ilə AEK-in ilk matçı avqustun 15-də Bakı vaxtilə saat 20:00-da Zaqrebdə oynanılacaq. Cavab görüşü isə 19 avqust tarixində saat 20:45-də Afinada baş tutacaq.

Xəbər xətti