İtaliyanın "İnter" klubu hücum xəttini yeni futbolçu ilə gücləndirəcək.
Sportal.az xəbər verir ki, Milan təmsilçisi "Bolonya"da çıxış edən Marko Arnautoviçi transfer edəcək. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.
34 yaşlı forvard və onun klubu ilə şərtlər razılaşdırılıb. Arnautoviç tibbi müayinədən sonra yeni klubu ilə müqavilə imzalayacaq. "İnter" bu avstriyalı futbolçu üçün "Bolonya"ya 10 milyon avro ödəyəcək.
Qeyd edək ki, Marko Arnautoviç 2009-2010 mövsümündə icarə əsasında "İnter"in heyətində çıxış edib.
saytlarin hazirlanmasi