Qadınların dünya çempionatında ilk finalçı bəlli oldu

17:18 - 15 Avqust 2023

Avstraliya və Yeni Zelandiyanın ev sahibliyi etdiyi qadınlar arasında keçirilən dünya çempionatında ilk finalçı müəyyənləşib.

Sportal.az xəbər verir ki, İspaniya millisi həlledici görüşdə iştirak etmək hüququ qazanıb. İsveçi 2:1 hesabı ilə məğlub edən ispanlar finala adını yazdırıb.

Digər yarımfinal görüşü isə sabah baş tutacaq. Avstraliya - İngiltərə matçının qalibi finalda İspaniya yığmasının rəqibi olacaq.

Xəbər xətti