Türkiyənin "Qalatasaray" klubu müdafiə xəttini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin əsas hədəfi hazırda azad agent statusunda olan Serxio Ramosdur.
"Sarı-qırmızılar" 37 yaşlı mərkəz müdafiəçisinin meneceri ilə maliyyə şərtlərini müzakirə edir. İspan futbolçu "Qalatasaray"dan illik 5 milyon avro maaş olmaqla 2+1 illik müqavilə tələb edir. Bundan başqa Ramos 2,5 milyon avro da imza pulu istəyir.
Son Türkiyə çempionu təcrübəli futbolçunun maliyyə şərtlərində güzəştə gedəcəyini gözləlir.
Qeyd edək ki, Serxio Ramos 2021-ci ilin yayında "Real"la müqaviləsi bitdikdən sonra PSJ-yə keçmişdi. İspaniya millisinin sabiq üzvü Paris təmsilçisinin heyətində meydana çıxdığı 58 rəsmi matçda 6 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi