Türkiyənin "Qalatasaray" klubu futbolçusu Yusuf Demiri icarəyə verib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi 20 yaşlı vingeri "Bazel"ə göndərib. Türk əsilli avstriyalı 2023/2024 mövsümünü icarə əsasında İsveçrə təmsilçisinin heyətində keçirəcək.
Klublar arasında əldə olunan anlaşmada satınalma maddəsi də yer alıb.
Qeyd edək ki, "Qalatasaray" Yusuf Demiri ötən ilin yayında "Rapid"dən transfer edib. Gənc ön xətt oyunçusu "sarı-qırmızılar"ın heyətində 6 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi