Çempionlar Liqasında III təsnifat mərhələsinin oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Dinamo" doğma meydanda Yunanıstan çempionu AEK-i qəbul edir.
Komandaların bu görüşdə meydana çıxacağı start heyətlə müəyyənləşib. Mahir qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayacaq.
Qeyd edək ki, "Dinamo" - AEK matçı Bakı vaxtilə saat 22:00-da başlayacaq.
saytlarin hazirlanmasi