Neymarın yeni klubu açıqlandı - RƏSMİ

21:30 - 15 Avqust 2023

PSJ-nin futbolçusu Neymarın yeni klubu müəyyənləşib.

Sportal.az xəbər verir ki, braziliyalı hücumçu "Əl Hilal"a keçib. Bu barədə Səudiyyə Ərəbistanı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Neymar Asiya təmsilçisi ilə 2025-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb. Ərəblərin 31 yaşlı oyunçu üçün PSJ-yə 90 milyon avro ödədiyi bildirilir.

Xəbər xətti