Qadınların dünya çempionatında ikinci finalçı da bəlli oldu

17:38 - 16 Avqust 2023

Avstraliya və Yeni Zelandiyanın ev sahibliyi etdiyi qadınlar arasında keçirilən dünya çempionatında ikinci finalçı da müəyyənləşib.

Sportal.az xəbər verir ki, həlledici görüşə vəsiqə qazanmaq uğrunda İngiltərə və Avstraliya milliləri üz-üzə gəlib. Rəqibini 3:1 hesabı ilə məğlub edən Avropa təmsilçisi finala adını yazdırıb.

İngiltərə final görüşündə İspaniya seçməsi ilə qarşılaşacaq. Bu oyun 20 avqust tarixində baş tutacaq.

Xəbər xətti