"Marsel"dən ayrılan Dmitri Payetin yeni klubu müəyyənləşib.
Sportal.az xəbər verir ki, 36 yaşlı futbolçu karyerasını Braziliyada davam etdirəcək. Fransalı vinger "Vasko da Qama"ya keçib. Bu barədə A Seriya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Fransa millisinin sabiq üzvü ilə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.
Qeyd edək ki, Dmitri payet "Marsel"ə 2017-ci ilin yayında "Vest Hem"dən keçmişdi. Təcrübəli vinger son mövsümdə Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 27 rəsmi matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi