“Qarabağ”ın sabiq qapıçısı Vaqner Da Silva Sportal.az saytına açıqlama verib.
O, Ağdam klubunun Avropa Liqasının üçüncü təsnifat mərhələsində “Helsinki”yə qarşı keçirəcəyi görüşdə uğurlu nəticəsinə inanır:
“Qarabağ”ı imkan tapdıqca hər zaman izləyirəm, oyunlarına baxıram. “Qarabağ” Bakıda rəqibinə qalib gəlib. Səfər görüşündə də sərfəli nəticə qazanaraq növbəti mərhələyə adlayacağına inanıram. “Qarabağ” bunun üçün hər şeyə sahibdir”.
Portuqaliyalı qolkiper yayda “Çaveş”dən transfer edilən “Qarabağ”ın yeni forvardı Juninyo Vieyra barədə də danışıb. O, 27 yaşlı hücumçunun Azərbaycan çempionuna xeyir verəcəyini söyləyib:
“Düzü, Juninyo haqda geniş məlumatım yoxdur. Onun bir neçə oyundakı performansını görmüşəm. Həqiqətən də, yaxşı futbolçudur. Məncə, Juninyo “Qarabağ”a kömək edəcək. Adaptasiya dövrünü tam keçdikdən sonra komandaya çox xeyir verəcək”.
Mirbağırağa
saytlarin hazirlanmasi