"Mançester Siti"nin futbolçusu tarixə düşdü

10:34 - 17 Avqust 2023

İngiltərənin "Mançester Siti" klubu "Sevilya"nı məğlub edərək UEFA Super Kubokunun qalibi olub.

Sportal.az xəbər verir ki, "şəhərlilər"in futbolçusu Mateo Kovaçiç tarixi uğura imza atıb. Xorvatiyalı yarımmüdafiəçi Super Kuboku üç fərqli klubda qazanan ilk futbolçu kimi tarixə düşüb.

29 yaşlı orta xətt oyunçusu 2016 və 2017-ci illərdə "Real"ın, 2021-ci ildə isə "Çelsi"nin heyətində çıxış edərkən kubokun qalibi olub.

Qeyd edək ki, "Mançester Siti" - "Sevilya" qarşılaşmasının əsas vaxtı 1:1 hesablı bərabərliklə başa çatıb. Penaltilər seriyasında daha dəqiq olan ingilislər titulun sahibi olub.

Xəbər xətti