2022/2023 mövsümünün ən yaxşı baş məşqçisi adına namizədlər müəyyənləşib.
Sportal.az xəbər verir ki, ilin ən yaxşısı adına üç namizəd var. Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
Başa çatan mövsümün ən yaxşısı olmaq üçün Çempionlar Liqasının qalibi olan "Mançester Siti"ni çalışdıran Pep Qvardiola, turnirin finalçısı "İnter"in baş məşqçisi Simeone İnzagi və "Napoli"ni İtaliya çempionu edən Lusiano Spaletti var.
Qalibin adına 31 avqust tarixində aydınlıq gələcək.
saytlarin hazirlanmasi