"Qarabağ" Avropa Liqası III təsnifat mərhələsinin cavab oyununda Finlandiyanın HİK klubunu 2:1 hesabı ilə məğlub edərək pley-offa yüksəlib.
Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov açıqlama verib:
"Futbolçularımı təbrik edirəm. Çox böyük gərginlik var idi. Oyuna yaxşı başlamışdıq. Sadəcə ilk dəqiqələrdə buraxılan qol futbolçularda ruh düşkünlüyü yaratdı. Amma sonra oyunu ələ almağı bacardıq. Yaxşı qalibiyyət oldu. Əvvəl də demişdim ki, çox intizamlı komandaya qarşı oynayırıq. Azlıqda qaldılar, yenə məğlub olmaq istəmirdilər. Sona kimi döyüşdülər, mübarizə apardılar. Rəqib öz oyunumuzu istədiyimiz kimi göstərməyə imkan vermədi. Qarşıdakı günlərdə digər oyunlara hazırlaşmalıyıq".
saytlarin hazirlanmasi