"Qarabağ"ın Avropa Liqası pley-off mərhələsinin "Olimpiya" ilə cavab oyununun da təyinatları açıqlanıb.
Sportal.az xəbər verir ki, Bakıda baş tutacaq qarşılaşmanı İspaniyadan olan hakimlər briqadası idarə edəcək.
Görüşün baş hakimi Alexandro Ernandes olacaq. Ona yan xətt hakimləri Xose Naranyo və Dieqo Sançes Royo kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Alexandro Muniz Ruiz yerinə yetirəcək.
Qeyd edək ki, "Qarabağ" - "Olimpiya" qarşılaşması 31 avqust tarixində saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
saytlarin hazirlanmasi