Türkiyənin "Qalatasaray" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Çelsi"dən Hakim Ziyeşi transfer edib. Bu barədə yerli mətbuat məlumat yayıb.
Mərakeşli vinger artıq İstanbuldadır. Qısa zaman ərzində onunla rəsmi müqavilə imzalanacaq.
Qeyd edək ki, "Çelsi" Hakim Ziyeşi 2020-ci ilin yayında "Ayaks"dan transfer etmişdi. 30 yaşlı ön xətt oyunçusu London təmsilçisinin heyətində meydana çıxdığı 107 rəsmi matçda 14 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi