Çempionlar Liqasında III təsnifat mərhələsinin son oyunu keçiriləcək.
Sportal.az xəbər verir ki, bu gün Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Dinamo" cavab görüşü çərçivəsində səfərdə AEK-in qonağı olacaq. Afinada baş tutacaq matç Bakı vaxtilə saat 22:45-də start götürəcək.
Qeyd edək ki, bu komandalar arasında Xorvatiyada keçirilən ilk oyun yunanların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
saytlarin hazirlanmasi