Futbol üzrə Tailand çempionatında 2-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi "Buriram Yunayted" doğma meydanda "Lampun Uorrior"i qəbul edib. Qarşılaşma ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Ramil Şeydayev də bu görüşün iştirakçısı olub. 27 yaşlı forvard matçda start heyətdə başlayıb və 79-cu dəqiqədə əvəzlənib. Millimizin üzvü 6-cı dədiqədə komandasının birinci qolunu vurub. Bu, Ramilin Tailand çempionatında ilk qoludur.
2 turdan sonra 4 xal toplayan "Buriram Yunayted" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi