Millimizin üzvü oynadı, komandası səfərdə məğlub oldu

17:54 - 20 Avqust 2023

Cənubi Koreya çempionatında 27-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Anton Krivotsyukun formasını geyindiyi "Tejon Xana Sitizen" səfərdə "Pohanq Steelers"nun qonağı olub. Qarşılaşma meydan sahiblərinin 4:3 hesablı qələbəsi ilə başa çatıb.

Anton Krivotsyuk da bu görüşün iştirakçısı olub. 25 yaşlı müdafiəçi matça start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub. O, 71-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

27 turdan sonra 36 xal toplayan "Tejon Xana Sitizen" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Xəbər xətti