Mahir Emrelinin formasını geyindiyi "Dinamo" baş məşqçi İqor Bişçanla bağlı qərar verib.
Sportal.az xəbər verir ki, Zaqreb təmsilçisi 45 yaşlı mütəxəssislə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xorvatiyalı məşqçinin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, İqor Bişçan bu ilin aprel ayından "Dinamo"nun baş məşqçisi postunu icra edirdi.
saytlarin hazirlanmasi