Nicat Abbasovun rəqibi ABŞ şahmatçısı oldu

21:29 - 21 Avqust 2023

Azərbaycan şahmatçısı Nicat Abasovun Bakıda keçirilən Dünya kubokunda 3-cü yer uğrunda oyunda qarşılaşacağı rəqib müəyyənləşib.

Sportal.az xəbər verir ki, idmançımız Fabiano Karuana (ABŞ) ilə üz-üzə gələcək. Karuana yarımfinalda Rameşbabu Praqqnanandxaya (Hindistan) məğlub olub (2,5:3,5). Həlledici görüşlər avqustun 22-24-də olacaq.

Qeyd edək ki, N. Abasov yarımfinalda beşqat dünya çempionu Maqnus Karlsenə 0,5:1,5 hesabı ilə uduzub.

Xəbər xətti