İspaniyanın "Barselona" klubu futbolçusu Serjinyo Desti icarəyə verib.
Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisi 22 yaşlı sağ cinah müdafiəçisini PSV-yə göndərib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Amerikalı arxa xətt oyunçusu 2023/2024 mövsümünü icarə əsasında Niderland klubunun heyətində keçirəcək. Eyndhoven təmsilçisi 10 milyon avro ödəyərək futbolçunu birdəfəlik transfer etmək hüququna malikdir.
Qeyd edək ki, "Barselona" Serjinyo Desti 2020-ci ilin oktyabr ayında "Ayaks"dan transfer edib. ABŞ millisinin üzvü son mövsümü icarə əsasında "Milan"da keçirib.
saytlarin hazirlanmasi