Mahir Emrelinin formasını geyindiyi "Dinamo"da ayrılıq gerçəkləşib.
Sportal.az xəbər verir ki, Xorvatiya klubu Yosip Sutalonu "Ayaks"a satıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Açsterdam təmsilçisi 23 yaşlı mərkəz müdafiəçisi üçün "Dinamo"ya 20+3 milyon avro təzminat ödəyəcək. Xorvatiyalı futbolçu Niderland klubu ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, Yosip Sutalo "Dinamo"nun yetirməsidir. Xorvatiya millisinin üzvü zaqreblilərin əsas komandasının heyətində meydana çıxdığı 88 rəsmi matçda 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi