Səudiyyə Ərəbistanının "Əl İttihad" klubu "Seltik"dən transfer etdiyi Jotanı komandadan göndərəcək.
Sportal.az xəbər verir ki, azarkeşlər portuqaliyalı futbolçunu bəyənmir. Ərəb fanatlar Jotanın komandanın digər futbolçuları Kərim Benzema və Nqolo Kante ilə eyni səviyyədə olmadığını düşünür.
Azarkeşlər klub rəhbərliyindən 24 yaşlı vingerlə yolların ayrılmasını tələb edir. Qısa zaman ərzində ön xətt oyunçusuna azad agent statusu veriləcək.
Jotanın karyerasını İtaliyada davam etdirəcəyi gözlənilir. "Atalanta" futbolçunu pulsuz heyətinə qatacaq.
Qeyd edək ki, "Əl İttihad" Jotanı iyun ayının 3-də "Seltik"dən 30 milyon avroya transfer etmişdi. Oyunçunun klubla müqaviləsi 2026-cı ilin yayına kimidir.
saytlarin hazirlanmasi