İspaniyanın "Atletiko" klubu hücum xəttini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Madrid təmsilçi "Qranada"dan Samu Omorodionu transfer edib. Bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
"Atletiko" ispaniyalı forvard üçün "Qranada"ya 6 milyon avro təzminat ödəyib. 19 yaşlı hücumçu yeni klubu ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, "Qranada" Samu Omorodionu 2021-ci ilin yayında "Nervion"dan transfer edib. Gənc futbolçu cari mövsümdə komandanın heyətində meydana çıxdığı 1 La Liqa matçında 1 qol vurub.
saytlarin hazirlanmasi