"Qarabağ" heyətini yeni futbolçu ilə gücləndirməyə yaxındır.
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi Braziliyanın "Koritiba" klubunda çıxış edən Qabriel Boşilianı transfer etməyə hazırlaşır. Məşhur "Transfermarkt" portalı 27 yaşlı yarımmüdafiəçinin "Qarabağ"a keçmək ehtimalını 88 faiz olaraq dəyərləndirib.
Braziliyalı futbolçunun "Koritiba" ilə müqaviləsi bu ilin 31 dekabr tarixinə kimidir.
Qeyd edək ki, Qabriel Boşilia karyerası ərzində "San Paulo", "Monako", "Standard", "Nant" və "İnternasional"da çıxış edib. O, Braziliyanın U-20 millisinin heyətində 8 oyun keçirib və 2 qol vurub.
saytlarin hazirlanmasi