Karlos Teves baş məşqçi təyin olundu

20:17 - 22 Avqust 2023

Argentinalı sabiq futbolçu Karlos Tevesin yeni iş yeri müəyyənləşib.

Sportal.az xəbər verir ki, 37 yaşlı məşqçi ölkəsində çalışacaq. Gənc mütəxəssis "İndependiente"nın baş məşqçisi təyin olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Karlos Teves baş məşqçilik karyerasına ötən ilin iyul ayında "Rozario Sentral"da başlamışdı. O, 2022-ci ilin noyabr ayına kimi komandanı çalışdırıb.

Xəbər xətti