"İnter" futbolçusunu "Torino"ya satdı

21:26 - 24 Avqust 2023

İtaliyanın "Torino" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki. A Seriyası təmsilçisi "İnter"dən Valentino Lazaronu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Torino" 27 yaşlı sağ cinah müdafiəçisi üçün Milan təmsilçisinə 4 milyon avro təzminat ödəyib. 

Qeyd edək ki, Valentino Lazaro son mövsümü icarə əsasında "Torino"nun heyətində keçirmişdi.

Xəbər xətti