"Qarabağ"ın prezidenti Tahir Gözəl Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda "Olimpiya"ya qalib gəldikləri görüşdən sonra fikirlərini bildirib.
Sportal.az xəbər verir ki, klubun mətbuat xidmətinə danışan funksioner qələbə ilə bağlı bunları deyib:
“Qarabağ”ımızın bu mövsüm ən həyəcanlı, maraqlı, sürətli oyunlarından biri oldu. 2:0 hesabı böyük üstünlükdür, amma Bakıda azarkeşlərimizin önündə cavab görüşü də var. Çox istəyərdim ki, xalqımız qarşılaşmanı böyük həyəcanla televiziyadan izləsin. Əlbəttə, matçın ölkəmizdə yayımlanmaması məni də üzdü. İnşallah bu möhtəşəm oyun və mübarizəni Bakıda da görəcəyik. Bu möhtəşəm qüruru hamımız birlikdə yaşayacağıq”.
saytlarin hazirlanmasi