Dünən "Qarabağ"a qarşı oynayan futbolçu Türkiyə klubuna keçdi

11:53 - 25 Avqust 2023

Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Olimpiya"da ayrılıq gerçəkləşib.

Sportal.az xəbər verir ki, Sloveniya təmsilçisi Svit Seşları Türkiyənin "Eyüpspor" klubuna satıb. Bu barədə Lyublyana təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Svit Seşlar ötən gün "Qarabağ"la matçda 72 dəqiqə meydanda olub.

Qeyd edək ki, "Qarabağ" "Olimpiya"nı səfərdə 2:0 hesabı ilə məğlub edib. Komandalar arasında cavab görüşü 1 avqust tarixində Bakıda baş tutacaq.

Xəbər xətti