"Arsenal" müdafiəçisini İspaniyaya göndərdi

12:10 - 25 Avqust 2023

İspaniyanın "Real Sosyedad" klubu müdafiə xəttini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, La Liqa təmsilçisi "Arsenal"da çıxış edən Kiran Tirnini heyətinə cəlb edib. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.

26 yaşlı sol cinah müdafiəçisi 2023/2024 mövsümünü icarə əsasında "Real Sosyedad"da keçirəcək.

Qeyd edək ki, "Arsenal" Kiran Tirnini 2019-cu ilin yayında "Seltik"dən transfer edib. Şotlandiyalı arxa xətt oyunçusu London təmsilçisinin heyətində meydana çıxdığı 123 rəsmi matçda 5 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti