Türkiyənin "Beşiktaş" klubu futbolçusu Kerem Atakan Kesgini icarəyə verib.
Sportal.az xəbər verir ki, "qara qartallar" 22 yaşlı yarımmüdafiəçini "Fatih Karagümrük"ə göndərib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Türk futbolçu 2023/2024 mövsümünü İstanbulun digər klubunun heyətində keçirəcək.
Qeyd edək ki, "Beşiktaş" Kerem Atakan Kesgini 2022-ci ilin yayında "Sivasspor"dan transfer edib. Orta xətt oyunçusu komandanın heyətində 8 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi