Almaniyanın Şimal-Şərq Regional Liqasında 5-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının sabiq hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi "Dinamo" doğma meydanda "Jena"nı qəbul edib. Qarşılaşma ev sahiblərinin 2:1 hesablı qələbəsiylə başa çatıb.
Rüfət Dadaşov da bu görüşün iştirakçısı olub. Meydana start heyətdə daxil olan 31 yaşlı forvard 77-ci dəqiqədə əvəzlənib. O, komandasının hər iki qolunun müəllifi olub.
5 turdan sonra 10 xal toplayan "Dinamo" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi