Argentina millisinin üzvü "Marsel"də

13:34 - 26 Avqust 2023

Fransanın "Marsel" klubu hücum xəttini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Liqa 1 təmsilçisi "İnter"dən Xoakin Korreanı icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Argentinalı forvard 2023/2024 mövsümünü "Marsel"də keçirəcək. Fransızlar 29 yaşlı hücumçu üçün Milan təmsilçisinə 2 milyon avro ödəyib.

Qeyd edək ki, "İnter" Xoakin Korreanı 2021-ci ilin yayında "Latsio"dan transfer edib. Argentina yığmasının üzvü A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 77 rəsmi matçda 10 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti