İranlı hücumçu "Roma"da - RƏSMİ

14:59 - 26 Avqust 2023

İtaliyanın "Roma" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi "Bayer"dən Sərdar Azmunu transfer edib. İranlı hücumçu 2023/2024 mövsümünü icarə əsasında "Roma"nın həyətində keçirəcək.

Qeyd edək ki, "Bayer" Sərdar Azmunu ötən ilin yanvar ayında "Zenit"dən transfer edib. 28 yaşlı forvard Leverkusen təmsilçisinin heyətində meydana çıxdığı 44 rəsmi matçda 5 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb

Xəbər xətti