İtaliya milli komandasının baş məşqçisi postundan istefa verən Roberto Mançininin yeni iş yeri müəyyənləşib.
Sportal.az xəbər verir ki, 58 yaşlı mütəxəssis Asiyada çalışacaq. Təcrübəli çalışdırıcı Səudiyyə Ərəbistanı milli komandasının baş məşqçisi təyin olunub. Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.
İtaliyalı mütəxəssis ərəblərlə DÇ-2026-nın sonuna kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, Roberto Mançini 2018-ci ilin may ayından 2023-cü ilin avqustunadək İtaliya yığmasını çalışdırıb. Komanda onun rəhbərliyi altında Avro-2020-nin qalibi olub.
saytlarin hazirlanmasi