Futbol üzrə Kosovo Super Liqasında 3-cü turun görüşləri keçirilir.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Araz Abdullayevin bir neçə gün öncə müqavilə imzaladığı "Lapi" səfərdə "Fuşe Kosova"nın qonağı olub. Matç qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Araz Abdullayev bu oyunda yeni komandasının heyətində debüt edib. 31 yaşlı vinger 84-cü dəqiqədə meydana daxil olub.
3 turdan sonra 6 xal toplayan "Lapi" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi