"Barselona"nın futbolçusu "Beşiktaş"a keçə bilər

13:09 - 28 Avqust 2023

Türkiyənin "Beşiktaş" klubu müdafiə xəttini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin əsas hədəfi "Barselona"da çıxış edən Klemen Lanqledir. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

"Beşiktaş" Kataloniya təmsilçisinin heyətdə düşünmədiyi fransalı mərkəz müdafiəçisini satınalma bəndi ilə icarəyə götürmək istəyir. "Barselona" bu təklifə isti yanaşır və 28 yaşlı arxa xətt oyunçusunu Türkiyəyə göndərməyin tərəfdarıdır.

Qeyd edək ki, Klemen Lanqle son mpvsümü icarə əsasında "Tottenhem"də keçirib. Onun "Barselona" ilə müqaviləsi 2026-cı ilin yayına kimidir.

Xəbər xətti