"Qarabağ" rəhbərliyi ilə Luka Quqeşaşvili arasında gedən danışıqlar başa çatıb.
Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, Ağdam klubu gürcüstanlı qapıçını 1 il müddətinə icarəyə verməyə razılaşıb.
O, belə bir niyyətdə olduğunu daha öncə Qurban Qurbanovun özünə bildirib.
Baş məşqçi ilə təkbətək görüşən kiper Andrey Lunyovun gəlişindən sonra əsas heyətə düşəcəyinə ümidinin qalmadığını söyləyib.
Başqa ölkələrdən təkliflər aldığını, davamlı oynamaq istədiyini və Azərbaycanı tərk etmək qərarına gəldiyini vurğulayıb.
“Qarabağ” Lukanı 2020-ci ilin əvvəlində “Yagelloniya”dan icarəyə götürüb. “Köhlən atlılar” 6 ay sonra gürcünü Polşa klubundan birdəfəlik transfer edib və 3 illik müqavilə imzalayıb.
saytlarin hazirlanmasi