AFFA Vaqif Cavadovu cəzalandırdı

16:51 - 7 Sentyabr 2023

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Sportal.az xəbər verir ki, toplantında Əvəzedicilər Liqasının V turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Sabah-2” – “Turan Tovuz-2” oyununda “Turan Tovuz-2” komandasının futbolçusu İsmayıl İsmayılov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, “Turan Tovuz-2” komandası 150 manat cərimə edilir (maddə 39.1);

“Sumqayıt-2” – “Neftçi-2” oyununda “Sumqayıt-2” komandasının 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Sumqayıt-2” komandası 70 manat cərimə edilir (maddə 37);

“Sumqayıt-2” – “Neftçi-2” oyununda “Neftçi-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Neftçi-2” komandası 70 manat cərimə edilir (maddə 37);

“Sumqayıt-2” – “Neftçi-2” oyunu bitdikdən sonra “Sumqayıt-2” komandasının baş məşqçisi Vaqif Cavadov hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, “Sumqayıt-2” komandası 150 manat cərimə edilir (maddə 42.3);

“Sumqayıt-2” – “Neftçi-2” oyununda xərəkdaşıyan uşaqların yaş limiti pozulduğuna görə “Sumqayıt-2” komandası 80 manat cərimə edilir (maddə 74.1);

“Qəbələ-2” – “Zirə-2” oyununda “Qəbələ-2” komandasının futbolçusu İbrahim Ramazanov ikinci sarı vərəqədən qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Qəbələ-2” komandası 50 manat cərimə edilir (maddə 36.5)

Xəbər xətti