"Araz-Naxçıvan" "Sabah"la qarşılaşacaq

18:43 - 7 Sentyabr 2023

Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edən “Araz-Naxçıvan-2” yoxlama oyunu keçirəcək.

Sportal.az xəbər verir ki, Muxtar Respublika təmsilçisi sentyabrın 9-da “Sabah”ın U-19 komandası ilə üz-üzə gələcək. ASK Arenada keçiriləcək matç saat 18:00-da başlayacaq.

Xatırladaq ki, Zaur İsmayılovun baş məşqçisi olduğu “Araz-Naxçıvan-2” 5 oyundan 6 xal toplayıb və turnir cədvəlində 6-cı pillədə qərarlaşıb.

Xəbər xətti