Cüdoçumuz Avropa çempionu oldu

18:52 - 7 Sentyabr 2023

Niderlandın Haaqa şəhərində keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatına start verilib.

Sportal.az xəbər verir ki, Azərbaycan bu gün aktivinə ilk medalı yazdırıb. 60 kq. çəki dərəcəsində yarışan cüdoçumuz Nizami İmranov gənclər arasında Avropa çempionatının qızıl medalını qazanıb.

İdmançımız finalda İsraildən olan Yehonatan Veksleri məğlub edib.

Qeyd edək ki, 66 kq. çəkidən mübarizə aparan digər idmançımız Aydın Rzayev də finala yüksəlib. O, qızıl medal uğrunda Gürcüstanı təmsil edən Tenqo Zirakaşvili ilə üz-üzə gələcək.

Xəbər xətti