Avro-2024-ün seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Belçika seçməsinin heyətində dəyişiklik edilib.
Sportal.az xəbər verir ki, baş məşqçi Domeniko Tedesko zədəli Orel Manqalanın əvəzinə Aster Vranksı heyətə cəlb edib. Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.
"Volfsburq"un 20 yaşlı yarımmüdafiəçisi "qırmızı şeytanlar"la birlikdə Bakıya gələcək.
Qeyd edək ki, Azərbaycan - Belçika qarşılaşması 9 sentyabr tarixində saat 17:00-da "Dalğa Arena"da baş tutacaq.
saytlarin hazirlanmasi