Şahruddin: "Son damlaya qədər sevmək və döyüşmək lazımdır"

17:12 - 8 Sentyabr 2023

"Qarabağ"dan Türkiyənin "Adana Demirspor" klubuna transfer olan Şahruddin Məhəmmədəliyev Ağdam təmsilçisi ilə vidalaşıb.

Sportal.az xəbər verir ki, 29 yaşlı qolkiper sosial şəbəkə hesabında paylaşım edib. Azərbaycan milli komandasının qapıçısı "Qarabağ"a təşəkkür edib:

"Son damlaya qədər sevmək və döyüşmək lazımdır. Hər şey üçün təşəkkür edirəm, sevimli "Qarabağ".

Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev "Adana Demirspor"la 2 illik müqavilə imzalayıb.

Xəbər xətti