İki məşhur futbolçu Qətərə gedir

17:34 - 9 Sentyabr 2023

PSJ-nin futbolçuları Marko Verratti və Yulian Draksler komandadan ayrılacaq.

Sportal.az xəbər verir ki, hər iki oyunçunun Qətərə gedəcəyi gözlənilir. Bu barədə "L'Équipe" nəşri məlumat yayıb. Təcrübəli futbolçular "Əl Ərəbi" klubuna keçəcək.

Tərəflər arasında bir müddətdir davam edən danışıqların yekunlaşmaq üzrə olduğu bildirilir.

Qeyd edək ki, Verrattinin PSJ ilə müqaviləsi 2026-cı ilin yayında, Drakserin sözləşməsi isə mövsümün sonunda bitir.

Xəbər xətti