"Beşiktaş" 39 yaşlı futbolçu ilə gücləndi

16:29 - 11 Sentyabr 2023

Türkiyənin "Beşiktaş" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi hazırda azad agent statusunda olan Gökhan İnleri rənglərinə bağlayıb. Bu barədə 39 yaşlı yarımmüdafiəçi özü məlumat verib.

Təcrübəli futbolçu mövsümün sonuna kimi "Beşiktaş" forması geyinəcək. O, gələn ilin yayından etibarən isə klubun idman direktoru kimi fəalliyyət göstərəcək.

Qeyd edək ki, Gökhan İnler 2016/2017 mövsümündə "Beşiktaş"da çıxış edib. İsveçrə millisinin sabiq üzvünün son klubu "Adana Demirspor" olub.

Xəbər xətti