Türkiyənin "Trabzonspor" klubu hücum xəttini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Qara Dəniz təmsilçisi "Sauthempton"dan Paul Onuaçunu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Nigeriyalı hücumçu 2023/2024 mövsümünü icarə əsasında "Trabzonspor"un heyətində keçirəcək.
Qeyd edək ki, "Sauthempton" Paul Onuaçunu bu ilin yanvar ayında "Genk"dən transfer edib 29 yaşlı forvard İngiltərə klubunun heyətində 12 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi