"The Best" mükafatına namizədlər açıqlandı - SİYAHI

18:36 - 14 Sentyabr 2023

FIFA "The Best" mükafatına namizədlərin siyahısını açıqlayıb.

Sportal.az xəbər verir ki, qalib olmaq üçün 12 futbolçu iddia edir. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Bunlar Xulian Alvares, Lionel Messi (hər ikisi Argentina), Marselo Brozoviç (Xorvatiya), Kevin De Bruyne (Belçika), İlkay Gündoğan (Almaniya), Erlinq Holann (Norveç), Rodri (İspaniya), Xviça Kvaratsxeliya (Gürcüstan), Kilian Mbappe (Fransa), Viktor Osimxen (Nigeriya), Deklan Rays (İngiltərə) və Bernardu Silvadır (Portuqaliya).

Xəbər xətti