Futbol üzrə Xorvatiya çempionatında 7-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Dinamo" doğma meydanda "Slaven"i qəbul edib. Qarşılaşma Zaqreb təmsilçisinin 3:0 hesablı qələbəsiylə başa çatıb.
Mahir Emreli də bu görüşün iştirakçısı olub. 26 yaşlı forvard 46-cı dəqiqədə Dario Spikiçin əvəzinə meydana daxil olub.
6 oyun keçirən "Dinamo" 13 xal toplayıb və turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi