Avropa Liqası qrup mərhələsinin "Molde" ilə matçında zədələnən "Qarabağ"ın futbolçusu Mateus Silvanın durumu bəlli olub.
Sportal.az saytına verilən məlumata görə, braziliyalı sağ cinah müdafiəçisinin zədəsi ciddi deyil. 26 yaşlı arxa xətt oyunçusu komanda ilə birlikdə məşqlərdə iştirak edir.
Qeyd edək ki, "Qarabağ" Mateus Silvanı ötən ay Bolqarıstanın "Lokomotiv" klubundan transfer edib. Futbolçu Ağdam təmsilçisinin heyətində 6 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi